Bank Of Baku

Lənkəran və Masallı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Lənkəran və Masallı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 17 may 2012 07:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Təmir işləri ilə əlaqədar olaraq bu gün saat 14:00-dək «Xarxatan», 15:00-dan 19:00-dək isə «Alvadı» qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Liman şəhəri də daxil olmaqla, Lənkəran rayonunun Separadi, Şağlaser, Vilvan, Cil, Xarxatan, həmçinin Masallı rayonunun Təzə Alvadı, Köhnə Alvadı, Əhmədli, Təklə, Ləngan, Meşəkənarı, Bambaşı, Böyük Xocavar, Çaxırlı və Ağakişibəyli kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR