Bank Of Baku

ARDNŞ dövlət büdcəsinə ödənişləri 26% artırıb

ARDNŞ dövlət büdcəsinə ödənişləri 26% artırıb
# 17 may 2012 08:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin aprel ayında dövlət büdcəsinə 121,005 mln. manat vəsait ödəyib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2011-ci ilin aprel ayı ilə müqayisədə 30,3% artıb.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-aprel aylarında büdcəyə 443,427 mln. manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,6% çoxdur.

Bundan əlavə, aprel ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 15,816 mln. manat vəsait köçürüb ki, bu da ötən ilin aprel ayına nisbətən 39,6% çoxdur. Ümumiyyətlə, 2012-ci ilin yanvar-aprel aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 51,416 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 23,9% artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR