Bank Of Baku

Azərbaycan Türkmənistanda keçiriləcək beynəlxalq qaz konfransında iştirak edəcək

Azərbaycan Türkmənistanda keçiriləcək beynəlxalq qaz konfransında iştirak edəcək
# 17 may 2012 12:36 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Mayın 23-24-də Xəzər sahilində yerləşən “Avaz” milli turizm zonasında III Türkmənistan Beynəlxalq Qaz Konfransı (“TGC-2012”) keçiriləcək.

APA-Economics”in turkmenistan.ru saytına istinadən xəbərinə görə, tədbirdə 32 ölkəni təmsil edən 150 şirkət və təşkilatın 500 nümayəndəsi iştirak edəcək.

Konfransın 45 spikeri və 50 fəxri qonağı arasında xarici ölkələrin nazirlik və milli şirkətlərinin, o cümlədən Azərbaycan, İran, Çin, Malayziya və İndoneziyanın neft-qaz şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Tədbirdə Türkmənistanın qaz sahəsinin inkişafı və investisiya cəlb olunmasının aktual məsələlərinə toxunulacaq.

Qeyd edək ki, konfransın təşkilatçıları “Türkmənqaz” Dövlət Konserni, Türkmənistan Ticarət-Sənaye Palatası və Böyük Britaniyanın “Summit Trade Events” şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR