Bank Of Baku

Mozdok-Qazıməmməd qaz kəmərində yanğın baş verib

Mozdok-Qazıməmməd qaz kəmərində yanğın baş verib
# 18 may 2012 07:14 (UTC +04:00)
«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yanğın Bakı vaxtı ilə saat 02:30-da diametri 1 200 millimetr olan boru kəmərinin 676-cı km-liyində baş verib.

Şahidlərin sözlərinə görə, yanğın baş verməmişdən öncə partlayış səsi eşidilib. Hadisə yerinə hüquq-mühafizə orqanları və təmir briqadaları gəlib. Sözügedən ərazidə qaz təchizatı müvəqqəti olaraq dayandırılıb və nəticədə Dağıstanın bir neçə rayonunun qaz təchizatında bir neçə saatlıq məhdudiyyətlər yaranıb. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır, yanğının səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, Mozdok-Qazıməmməd kəməri bir neçə dəfə təxribat obyektinə çevrilib. Belə ki, 2010-cu ilin yanvar ayında kəmərin partladılması nəticəsində 215 min insan qazsız qalıb. Bundan başqa, 2009-cu ilin noyabr ayında növbəti təxribat Mahaçqalanın 500 minə yaxın sakininin qaz təchizatını dayandırıb. Həmin ilin aprel ayında kəmərin altına quraşdırılmış partlayıcı qurğunun zərərləşdirərkən Dağıstan Daxili İşlər Nazirliyinin istehkamçısı həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR