Bank Of Baku

Türkmənistandan Hindistana qaz kəməri çəkiləcək

Türkmənistandan Hindistana qaz kəməri çəkiləcək
# 18 may 2012 14:06 (UTC +04:00)
Bakı - APA-Economics. Hindistan hökuməti yerli GAIL şirkətinə Türkmənistandan olan tərəfdaşları ilə qaz kəmərinin tikintisinə dair müqavilə imzalamaq icazəsi verib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, yeni kəmər Əfqanıstandan və Pakistandan keçməklə Hindistana Türkmənistandan qaz almaq imkanı verəcək.

Uzunluğu 1700 km olacaq kəmərin 2018-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Layihəyə 7,6 mlrd. dollar xərclənəcəyi bildirilir. Bu kəmərlə sutkada 90 mln. kubmetr (ildə 30 mlrd. kubmetr) türkmən qazının nəql olunacaq. Bunun 14 mln. kubmetrini Əfqanıstan, qalanını isə hərəyə 38 mln. kubmetr olmaqla Pakistan və Hindistan alacaq.

Tərəflər sazişin detalları və qazın qiyməti kimi məsələləri razılaşdırmalı olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR