Bank Of Baku

«Darvin Bankası» yatağında 2 quyu istismara verilib

«Darvin Bankası» yatağında 2 quyu istismara verilib
# 18 may 2012 15:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Darvin Bankası» yatağındakı 620 nömrəli meydançada 2 quyu qazmadan sonra istismara verilib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Qirməki Lay Dəstəsinə qazılan 680 nömrəli quyu 1 263-1 222 metr intervaldan sutkada 6 ton neft verir. Həmin meydançadan Qirməki Lay dəstəsinə qazılmış 679 nömrəli quyudan isə 1 217-1 193 metr intervaldan sutkada təxminən 4-5 ton neft hasil olunur. Quyular «Abşeronneft» NQÇİ-nin sifarişi ilə «Neft Daşları» Dəniz Qazma İşləri İdarəsi tərəfindən qazılıb.

Qeyd edək ki, ümumilikdə 20 quyunun qazılması üçün nəzərdə tutulan 620 nömrəli meydançada hazırda 6 quyu istismar olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR