Bank Of Baku

Ukrayna Rusiyanı qaz idxalını azaltmaqla hədələyir

Ukrayna Rusiyanı qaz idxalını azaltmaqla hədələyir
# 21 may 2012 10:05 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna gələn il Rusiyadan aldığı qazın qiymətini aşağı salmaqla bağlı razılığa gələ bilməsə, qazın həcmini azaltmaq məcburiyyətində qalacaq. “APA-Economics”in xəbərinə görə, bu bəyanatı Ukrayna prezidenti Viktor Yanukoviç Ukrayna “Birinci Kanal”ının efirində səsləndirib.

Onun sözlərinə görə, iki il əvvəl Ukrayna Rusiyadan 41 mlrd. kubmetr qaz alırdısa, hazırda bu göstərici 27 mlrd. kubmetr təşkil edir: “Gələn il bunu daha da azaldacağıq və daha ucuz qiymətə qaz alacağıq. Bizim başqa çıxış yolumuz yoxdur”.

Bu il Rusiyadan qazın min kubmetrini 440 dollara alan Ukrayna bu qiyməti ədalətsiz hesab edir və Rusiya qazını Almaniya şirkətlərindən almağı daha əlverişli sayır. Prezident deyib ki, Ukrayna öz qaz hasilatını artırmaq və kömürdən istifadəni artırmaq, eləcə də alternativ energetikanı inkişaf etdirmək niyyətindədir: “Danışıqlarda nəzərə alırıq ki, Rusiya bizim strateji tərəfdaşımızdır. Ümid edirəm ki, qazın qiymətini aşağı salmaqla bağlı razılığa gələ biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR