Bank Of Baku

Səngəçal terminalından I rübdə 77 mln. barel neft ixrac edilib

Səngəçal terminalından I rübdə 77 mln. barel neft ixrac edilib
# 21 may 2012 11:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-mart aylarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Bu barədə «APA-Economics»ə adı çəkilən layihələrin operatoru olan «BP-Azerbaijan» şirkətindən məlumat verilib.

Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1,2 mln. barel neft və «Şahdəniz» qazı üçün gündəlik 25,5 mln. kubmetr qaz (ümumi qaz emalı gücü isə gündəlik təqribən 39,5 mln. kubmetr) təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini «Azəriqaz»ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus qaz kəməri ilə ixrac olunur.

Hesabat dövründə terminal təxminən 76,6 mln. barel neft (o cümlədən Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə 66,7 mln. barel, Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) vasitəsilə 8,1 mln. barel və dəmir yolu vasitəsilə isə 1,55 mln. barel) ixrac edilib.

«Rüb ərzində terminaldan gündəlik orta hesabla təxminən 22 mln. kubmetr «Şahdəniz» qazı ixrac edilib», - deyə məlumatda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR