Bank Of Baku

İraqdan neft ixracı 23 illik tarixi maksimuma çatıb

İraqdan neft ixracı 23 illik tarixi maksimuma çatıb
# 22 may 2012 08:07 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin aprel ayında İraqdan gündəlik neft ixracı 2,5 mln. barel təşkil edib ki, bu da 1989-cu ildən bəri ən yüksək göstəricidir. “APA-Economics”in xəbərinə görə, bu barədə ölkənin Neft Nazirliyi açıqlama yayıb.

Ötən ay İraqın neft satışından gəliri 8,79 mlrd. olub ki, bu da son onilliklərdə rekord göstərici sayılır. Bu zaman neftin 1 barelinin orta qiyməti 116,8 dollar təşkil edib.

İraq neftinin ixracındakı artımın əsas səbəbi Fars körfəzində gündəlik buraxılış gücü 900 min barel olan iki yeni terminalın işə salınmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR