Bank Of Baku

Ukrayna Azərbaycanın maye qazını Gürcüstan vasitəsilə alacaq

Ukrayna Azərbaycanın maye qazını Gürcüstan vasitəsilə alacaq
# 22 may 2012 09:08 (UTC +04:00)
Bakı - APA-Economics. Rəsmi Kiyev və Tbilisi Azərbaycan maye qazının Gürcüstan ərazisi vasitəsilə Ukraynaya nəqli məsələsində əməkdaşlıq edəcək. “APA-Economics”in Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Gürcüstan baş nazirinin birinci müavini Georgi Baramidze açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna-Gürcüstan Hökumətlərarası Komissiyasının iclasında bununla bağlı razılıq əldə olunub: “Bu sahədə əməkdaşlıq tranzit ölkə olaraq Gürcüstan üçün strateji əhəmiyyət daşıyır. Gürcüstan enerji marşrutlarının diversifikasiyasında konstruktiv rol oynamaq və bu sahədə rəqabət üçün şərait yaratmaq niyyətindədir”.

Qeyd edək ki, Ukrayna Rusiyadan qaz asılılığından azad olmaq üçün öz ərazisində 10 mlrd. kubmetr gücü olan maye qaz terminalı tikməyə hazırlaşır. Azərbaycan qazının Ukraynaya nəqli variantlarından biri kimi Gürcüstandakı Kulevi terminalı nəzərdən keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR