Bank Of Baku

Azərbaycan neft məhsullarının istehsalını 3% azaldıb

Azərbaycan neft məhsullarının istehsalını 3% azaldıb
# 22 may 2012 10:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – Apa-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda neft məhsullarının ümumi istehsalında 3,3% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, buna baxmayaraq, ölkədə avtomobil benzininin istehsalı 1,3%, neft bitumu isə 32,6% artıb: «Bununla belə, ağ neftin istehsalı 1,1% azalaraq 198,1 min ton, dizel yanacağının istehsalı 8% azalaraq 732,3 min ton, sürtgü yağlarının istehsalı 19,9% azalaraq 21,7 min ton olub».

Neft emalı müəssisələrinin anbarlarında 43,7 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 15,3%-i qədər hazır məhsul qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR