Bank Of Baku

Ağdam rayonunun qazlaşdırılması tam başa çatdırılıb

Ağdam rayonunun qazlaşdırılması tam başa çatdırılıb
# 22 may 2012 16:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Azəriqaz» İstehsalat Birliyi Ağdam rayonunun qazlaşdırmasını tam başa çatdırıb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 61 yaşayış məntəqəsi, 14 780 şəxsi təsərrüfatı olan Ağdam rayonunda qaz çəkilişi 2008-ci ildən başlanılıb (401 abonent) və bu iş 2009-2011-ci illər ərzində daha intensivləşdirilib. Bu dövrdə rayon ərazisində 10,5 mln. manat həcmində tikinti-quraşdırma işləri yerinə yetirilib. Əgər 2010-cu ildə 3 053 abonentin mənzili qazlaşdırılmışdısa, 2011-ci ildə və bu ilin ötən dövrü ərzində bu rəqəmə daha 11 326 abonent əlavə olunub: «Qazlaşdırma işləri zamanı müasir standartlara cavab verən 612 km-lik polietilen və 408 km-lik metal borularla ümumi uzunluğu 1 020 km olan qaz xətləri çəkilib. Bununla da Ağdam rayonu üzrə qazlaşdırma işləri 100% yerinə yetirilib».

Qeyd edək ki, 2013-cü ilin sonunadək ölkә әrazisinin 95%-i qazla tam tәmin olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR