Bank Of Baku

Azərbaycan xalça istehsalını 85% artırıb

Azərbaycan xalça istehsalını 85% artırıb
# 23 may 2012 11:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı sahələri üzrə ixtisaslaşan müəssisələr tərəfindən 36,1 mln. manatlıq və ya ötən ilin analoji dövrünə nisbətən 55,6% çox məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əsas məhsullardan 6 min ton pambıq lifi, 4,7 min ton pambıq iplik, 815,3 kv. metr xalça və xalça məmulatları, kişi və oğlanlar üçün 17,8 min ədəd kostyumlar və s. məhsullar istehsal edilib. Ötən ilin yanvar-aprel ayları ərzində ölkədə istehsal olunan pambıq lifi 5,4 dəfə, pambıq iplik 34,3%, xalça və xalça məmulatları 84,5% artıb, kişi və oğlanlar üçün kostyumlar isə 2,1 dəfə azalıb.

Qeyd edək ki, 2012-ci il mayın 1-nə sahə müəssisələrinin anbarlarında 24,1 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 8,4%-i qədər hazır məhsul qalığı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR