Bank Of Baku

Türkmənistan Hindistan və Pakistanla qaz sazişi imzalayıb

Türkmənistan Hindistan və Pakistanla qaz sazişi imzalayıb
# 23 may 2012 14:21 (UTC +04:00)
Bakı - APA-Economics. Türkmənistan Hindistan və Pakistanla təbii qazın nəqlinə dair saziş imzalayıb.

APA-Economics”in xəbərinə görə, saziş Türkmənistanın “Türkmənqaz” Dövlət Şirkəti, Hindistanın GAIL və Pakistanın “Inter State Gas Systems” şirkətləri arasında imzalanıb.

ABŞ tərəfindən dəstəklənən və Əfqanıstan ərazisindən keçəcək transmilli qaz kəmərinə dair sazişin imzalanma mərasimində çıxış edən Türkmənistan baş nazirinin müavini Bəymurad Xocaməhəmmədov bildirib ki, bu razılaşma bütün iştirakçı ölkələrin sosial-iqtisadi inkişafına təkan verəcək.

Qeyd edək ki, uzunluğu 1735 km olan TAPI (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəmərinin 2018-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Kəmər Əfqanıstanın Herat və Qəndəhar, Pakistanın Kvetta və Multan şəhərlərindən keçəcək və Pakistanla Hindistan sərhədində yerləşən Fazilka məntəqəsinə çatacaq. Layihəyə 7,6 mlrd. dollar xərclənəcəyi bildirilir. Bu kəmərlə sutkada 90 mln. kubmetr (ildə 30 mlrd. kubmetr) türkmən qazının nəql olunacaq. Bunun 14 mln. kubmetrini Əfqanıstan, qalanını isə hərəyə 38 mln. kubmetr olmaqla Pakistan və Hindistan alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR