Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi azalıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi azalıb
# 24 may 2012 10:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2012-ci il mayın 1-nə mənfi 1,2% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks aprelin əvvəlində müsbət 2,7% olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. İndeksin mənfi olması anbarlarda mal ehtiyatlarının azalmasını göstərir.

Qeyd edək ki, Azərbaycanda 2012-ci il mayın 1-nə sənaye müəssisələrinin anbarlarında 286,1 mln. manat həcmində hazır məhsul ehtiyatı olub və bu, cari ilin aprelin 1-nə nisbətən 3,6 mln. manat azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR