Bank Of Baku

“Azərikimya”nın Mexaniki-təmir zavodu ELOU-AVT qurğusu üçün istilikdəyişdiricilərin təmir olunmuş ilk partiyasını sifarişçiyə göndərib - FOTO

“Azərikimya”nın Mexaniki-təmir zavodu ELOU-AVT qurğusu üçün istilikdəyişdiricilərin təmir olunmuş ilk partiyasını sifarişçiyə göndərib - <font color=red>FOTO</font>
# 24 may 2012 15:28 (UTC +04:00)
Bakı - APA-Economics. ARDNŞ-ın «Azərikimya» İstehsalat Birliyinin Mexaniki-təmir zavodunun kollektivi ilk dəfə olaraq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan ELOU-AVT qurğusunun çoxtonlu istilikdəyişdiricilərin təmiri ilə bağlı qəbul olunmuş sifarişi uğurla yerinə yetirir.

Birlikdən “APA-Economics”ə verilən məlumata görə, hər biri 4,5 tondan 18 tona qədər olan bu iri qabaritli texnoloji hissələrin keyfiyyətli təmirindən neftin emal dərinliyinin əhəmiyyətli dərəcədə asılı olduğunu bilən təmirçilər artıq sifariş olunmuş 13 istilikdəyişdiricinin ilk partiyasını - 4-nü əsaslı təmir edərək yola salıblar.

Uzun illərdir «Azərikimya»nın Etilen-polietilen və «Üzvi sintez» zavodlarının texnoloji qurğularının analoji hissələrinin təmiri ilə məşğul olaraq, bu sahədə böyük təcrübə qazanmış və mükəmməl ixtisaslaşmış sumqayıtlı təmirçilər hazırda Neft Emalı Zavodunun daha iki istilikdəyişdiricisinin əsaslı təmirini vaxtından əvvəl başa çatdırmaq üzrədirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR