Bank Of Baku

ARDNŞ Türkiyədə BP-nin yanacaqdoldurma məntəqələrini almayacaq

ARDNŞ Türkiyədə BP-nin yanacaqdoldurma məntəqələrini almayacaq
# 24 may 2012 15:59 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyədə yanacaqdoldurma məntəqələri almağa hazırlaşmır. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev Britaniyanın BP şirkətinin Türkiyədəki yanacaqdoldurma məntəqələri şəbəkəsi şirkətinin ARDNŞ tərəfindən alınacağı ilə bağlı suallara cavab verərkən bildirib.

Onun sözlərinə görə, Türkiyədə ARDNŞ-ın neft emalı zavodunun fəaliyyətə başlaması nəticəsində bu zavodun istehsal etdiyi neft məhsullarının həm bu ölkədə, həm də qonşu ölkədə satışı mümkün olacaq. Adı çəkilən müəssisənin 2014-cü ildə işə düşməsi gözlənilir: «Hələlik Türkiyədə neft məhsullarının pərakəndə satışı ilə üçün aktivlərin alınması məsələsi gündəlikdə deyil, gələcəkdə bu məsələyə baxıla bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR