Bank Of Baku

ARDNŞ İsveçrədə aldığı yanacaqdoldurma məntəqələrinin idarəetməsinə başlayır

ARDNŞ İsveçrədə aldığı yanacaqdoldurma məntəqələrinin idarəetməsinə başlayır
# 25 may 2012 12:23 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. İyunun 30-da Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) İsveçrədə aldığı yanacaqdoldurma məntəqələri şəbəkəsinin idarəçiliyinə başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib: «İyunun 30-dan etibarən müəssisəyə rəhbərlik etməyə hazırlaşırıq».

Qarşıdakı 6 ay ərzində yeni şirkətin rebrendinqi həyata keçiriləcək və şirkət SOCAR brendi altında işləməyə başlayacaq. «Bu işlər yüksək səviyyədə hazırlanır və azərbaycanlı mütəxəssislər artıq burada işə cəlb olunub. Yaxşı layihədir və bunu çox böyük şirkətlər əldə etmək istəyirdi. Biz bunu yaxşı, aşağı qiymətə almışıq və bazarda yeni oyunçu olmağımızın da buna müsbət təsiri olub. Sonradan burada əldə etdiyimiz müsbət təcrübəni digər layihələrdə də tətbiq edə bilərik», - deyə ARDNŞ başçısı vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR