Bank Of Baku

Azərbaycan Qərbi Avropanın neft sektoruna sərmayə yatırmaq niyyətindədir

Azərbaycan Qərbi Avropanın neft sektoruna sərmayə yatırmaq niyyətindədir
# 25 may 2012 13:05 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hələlik hansısa yatırım barədə danışmaq tezdir: «Vəsait yatırmaq üçün layihələr gəlirli olmalıdır. Hazırda Avropada neft emalı komplekslərinin problemləri var, onları həll edə bilmirlər. Hətta «Petroplus» kimi şirkət defolt olaraq satışa çıxarılıb. Ona görə də biz onları yalnız almaq xətrinə almaq niyyətində deyilik. Yalnız gəlir əldə edə biləcəyimiz layihələrə maraq göstəririk».

R.Abdullayevin sözlərinə görə, ARDNŞ Avropadakı iqtisadi böhranla əlaqədar olaraq neftin qiymətinin aşağı düşməsi barədə proqnozları da diqqətdə saxlayır: «Biz bütün ssenarilərə baxırıq. İqtisadi araşdırma qrupumuz bu ssenarilər üzrə işləyir. Risk-menecmentə böyük mütəxəssislər cəlb etmişik və bu məsələləri nəzarətdə saxlayırıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR