Bank Of Baku

DEPA-nın prezidenti Harri Saçinis: «Kipr və İsrail Avropanın qaz təchizatı prosesində cəld hərəkət etməlidir»

DEPA-nın prezidenti Harri Saçinis: «Kipr və İsrail Avropanın qaz təchizatı prosesində cəld hərəkət etməlidir»
# 29 may 2012 08:26 (UTC +04:00)
Bakı - APA-Economics. Kipr və İsrail Cənub-Şərqi Avropanın qaz bazarında təchizatçı kimi aparıcı mövqe tutmaq üçün cəld hərəkət etməlidir. “APA-Economics”in xəbərinə görə, bunu Yunanıstanın DEPA dövlət qaz şirkətinin prezidenti Harri Saçinis “New Europe”a müsahibəsində bildirib.

DEPA tərəfindən Aralıq dənizinin şərqindən Avropaya təbii qazın nəqli üçün nəzərdə tutulan qaz kəməri bərədə söz açan H.Saçinis deyib ki, təklif olunmuş qaz kəməri Tamar, Leviatyan (İsrail) və 12 Blok (Kipr) kəmərlərini özündə birləşdirir: “Yəni, kəmər Kipr və Kriti birləşdirir və nəhayət, Kritdən Yunanıstana qədər uzanır”.

H.Saçinis Balkanlar da daxil olmaqla Cənub-Şərqi Avropanın cəlbedici bazar olduğunu vurğulayıb: “Əgər İsrail və Kipr hökumətləri Azərbaycandan gələn qazı qabaqlamaq istəyib bazarda birinci olmaq niyyətindədirlərsə, bu onlar üçün stimul olmalıdır. Onlar bunu bacarsalar, o zaman daha sərfəli qiymətlər və şərait yaradan bazarı özləri seçə biləcəklər. Cənub-Şərqi Avropa bazarında birinci olmaq Kipr və İsrailin öz əlindədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR