Bank Of Baku

OPEC son 4 ildə ilk dəfə olaraq neft hasilatını artırıb

OPEC son 4 ildə ilk dəfə olaraq neft hasilatını artırıb
# 30 may 2012 07:34 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin may ayında Neft İxracatçısı Ölkələrin Təşkilatı (OPEC) 2008-ci ilin sentyabrından bəri ilk dəfə olaraq neft hasilatını maksimal səviyyəyə - sutkada 31,8 mln. barelə çatdırıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, nəticədə “Brent” markalı neftin üç aydır 120 dollar civarında olan qiyməti mayın 29-da 107,6 dollara enib.

hasilat əsasən Səudiyyə Ərəbistanının hesabına artıb. OPEC-in ən böyük neft ixracatçısı olan bu ölkə mayda istehsal gücünü 100 min barel artıraraq 10,10 mln. barelə çatdırıb.

Avropa Birliyinin (AB) embarqoları fonunda İranda neft hasilatının azalması dayanıb və mayda 20 min barel azalaraq sutkada 3,13 mln. barel təşkil edib. Bu, 1990-cı ildən bu yana Tehran üçün ən minimal göstəricidir. O zaman aylıq göstərici, ABŞ Energetika İnformasiyası Agentliyinin məlumatına görə, 3,088 mln. barel təşkil edib.

“JPMorgan”ın ekspertləri hesab edir ki, iyulun 1-də AB-nin neft sanksiyaları qüvvəyə mindikdən sonra İranda gündəlik neft hasilatı 2,5 mln. barelə düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR