Bank Of Baku

BP şirkəti Liviyada fəaliyyətini bərpa edib

BP şirkəti Liviyada fəaliyyətini bərpa edib
# 30 may 2012 08:31 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyanın BP neft-qaz korporasiyası Liviyada 2011-ci ilin fevralında dayandırdığı fəaliyyətini bərpa edib. “APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin yaydığı rəsmi açıqlamada bildirilir.

Artıq BP və Liviyanın NOC milli neft şirkəti arasında müvafiq razılaşma imzalanıb. Bununla da BP və Liviya hökuməti arasında geoloji kəşfiyyat və neft-qaz hasilatı haqqında saziş yenidən qüvvəyə minib.

Qeyd edək ki, ötən il Liviyada baş verən kütləvi iğtişaşlar və üsyan nəticəsində BP-dən başqa, “Eni” (İtaliya), “Total” (Fransa), “Statoil” (Norveç) və “Shell” (İngiltərə-Hollandiya) şirkətləri də Liviyadakı fəaliyyətini dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR