Bank Of Baku

Azərbaycanın ixrac etdiyi neftin həcmi 10% azalıb, dəyəri isə 7% artıb

Azərbaycanın ixrac etdiyi neftin həcmi 10% azalıb, dəyəri isə 7% artıb
# 30 may 2012 14:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində statistik məlumatlara əsasən, Azərbaycan 5 978,3 min ton xam neft və 680,8 mln. kubmetr təbii qaz ixrac edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xam neftin ümumi dəyəri 5 019 316,9 min ABŞ dolları, təbii qazın dəyəri isə 162 520,7 min dollar təşkil edib. Ötən ilin I rübünə nisbətən ixrac olunan xam neftin həcmi 10,1%, təbii qazın həcmi isə 28,2% azalıb. Buna baxmayaraq, hesabat dövründə ixrac olunmuş neftin və təbii qazın hər birinin dəyəri ötən ilin analoji dövrünə nisbətən 6,8% artıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin məlumatlarına əsasən, yanvar-mart aylarında 9 754,3 min ton neft və 1,992 mlrd. kubmetr qaz ixrac olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR