Bank Of Baku

İran Ermənistana 25 mln. avro əlavə kredit ayırıb

İran Ermənistana 25 mln. avro əlavə kredit ayırıb
# 30 may 2012 16:08 (UTC +04:00)
APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bunu Ermənistanın “Yüksək gərginlikli elektrik xətləri” QSC-nin baş direktoru Saak Abramyan bildirib.

Onun sözlərinə görə, kredit İran-Ermənistan elektrik nəqlinin üçüncü hava xəttinin tikintisi üçün nəzərdə tutulub: “Artıq kredit sazişi imzalanıb. Vəsait iyun ayında daxil olacaq və bundan sonra tammiqyaslı tikinti işlərinə başlanacaq”.

Sazişə əsasən, tikinti vəsait ayrılandan 18 ay sonra tamamlanmalıdır. Layihənin dəyəri 107,9 mln. avro təşkil edir. Bunun 2011-ci ilin sentyabrında 83,083 mln. avrosunu İran İxracın İnkişafı Bankı ayırıb. Qalan 24,817 mln. avronu isə Ermənistan hökuməti ayırmalı idi. Lakin İrəvan vəsaitin yoxluğu səbəbindən İran hökumətinə əlavə maliyyələşmə üçün müraciət edib. Ermənistan krediti elektrik enerjisi nəqli ilə ödəyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR