Bank Of Baku

CEIBC üzvləri Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti ilə görüşüb - FOTO

CEIBC üzvləri Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti ilə görüşüb - <font color=red>FOTO</font>
# 31 may 2012 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov arasında görüş keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə T.Qəhrəmanov ARDNŞ-ın fəaliyyəti və son bir neçə il ərzində əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.

Azərbaycanda yeni neft-qaz və neft-kimya emalı kompleksinin tikintisi layihəsi barədə danışan ARDNŞ rəsmisi bildirib ki, kompleksin inşasına 2013-cü ildə başlanacağı gözlənilir. Layihə çərçivəsində ilk öncə qaz emalı zavodunun tikintisi nəzərdə tutulur ki, bu müəssisənin artıq 2017-ci ilin ortalarında istismara veriləcəyi gözlənilir. Zavodun istehsal gücü ildə 10 mlrd. kubmetr təşkil edəcək və daha sonra bu rəqəm 15 mlrd. kubmetrədək artırılacaq.

«Həmçinin, layihə çərçivəsində illik gücü 10 mln. ton olan neft emalı zavodu, eyni zamanda, 30-dək neft-kimya məhsulu istehsal edən neft-kimya zavodunun inşası planlaşdırılır. Müəssisədə istehsal olunan neft məhsullarının 40%-i, kimya məhsullarının isə 90%-i ixrac olunacağı gözlənilir», - deyə ARDNŞ rəsmisi vurğulayıb.

T.Qəhrəmanov onu da bildirib ki, layihənin ümumi dəyəri təxminən 17 mlrd. ABŞ dolları təşkil edir: «Tələb olunan investisiyaların 30-40%-nin Azərbaycan tərəfindən, qalan 60-70%-nin isə kənardan cəlb olunacaq vəsaitlər hesabına maliyyələşdirilməsi planlaşdırılır».

Qeyd edək ki, «BNP Paribas», «Societe Generale», «UniCredit», «Credit Agricole», «ING», «RBS» və «TDJ» kimi iri Avropa bankları layihənin maliyyələşdirilməsinə maraq göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR