Rumıniyada “SOCAR”ın 13-cü yanacaqdoldurma məntəqəsi açılıb
23 iyul 2012 08:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Rumıniyanın Suceava iqtisadi regionunun Draguseni rayonunda, Buxarest istiqamətində E85 milli magistralı üzərində yerləşən yanacaqdoldurma məntəqəsi “SOCAR” brendi altında fəaliyyətə başlayıb.
“APA-Economics”in məlumatına görə, bu yerdə əvvəllər də fəaliyyət göstərmiş YDM yenidən tikilib, rebrendinq olunaraq istismara verilib.
Açılış mərasimində Azərbaycanın Rumıniyadakı səfirliyinin, “SOCAR Petroleum SA” şirkətinin və yerli idarəçilik qurumunun nümayəndələri iştirak edib. Bildirilib ki, 2800 kv. metr sahədə yerləşən YDM-də “Euro Dizel 95”, “Super Euro Dizel 98”, “Benzin 95” və “98” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Məntəqədə 3 sayğacdan ibarət, yəni 4 kiçik avtonəqliyyatın və 2 iri tutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsinə şərait yaradılıb. Burada 140 kv. metrlik ərazini əhatə edən market, “NAR” kafe, 24 saat pulsuz internet xidmətləri də əhalinin istifadəsinə verilib. Bu, Rumıniyada əhaliyə yüksək keyfiyyətlə xidmət göstərən “SOCAR” brendli YDM-lərdən 13-cüsüdür.

Sənaye və energetika
Elnur Soltanov: Özəl sektor bahalı olduğuna görə yaşıl metodları dəstəkləmir
12:17
17 may 2024
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
09:34
17 may 2024
Azərbaycan 19 ölkəyə 4.3 mlrd. dollarlıq neft ixrac edib - Siyahı
16:16
16 may 2024
Azərbaycanda əmtəəlik neftin hasilatı azalıb, qaz isə artıb
13:36
16 may 2024