Bank Of Baku

Şahmar Mövsümov: “Azərbaycan büdcəsi artıq neftin qiymətindən asılı deyil”

Şahmar Mövsümov: “Azərbaycan büdcəsi artıq neftin qiymətindən asılı deyil”
# 23 iyul 2012 14:49 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu gün keçirilən mətbuat konfransında ARDNF-ın icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, ilin ilk 3 ayı ərzində neftin qiyməti yüksək - 125 dollar ətrafında olduğuna görə ilk yarımil üzrə neftin orta qiyməti 100 dollardan yuxarıdır: “Artıq ölkə iqtisadiyyatı neftin qiymətindən asılı deyil. Neftin qiyməti arta da bilər, azala da. Amma Azərbaycanda düzgün institusional çərçivə qurulmasının nəticəsi ondan ibarətdir ki, bu gün dövlət demək olar ki, neftin qiymətindən asılı deyil. Yəni dövlət büdcəsinə nəzərdə tutulan transfertin - 9,9 mlrd. manat vəsaitin neftin qiymətindən və manat-dollar məzənnəsindən asılı olmayaraq həyata keçirilməsi üçün heç bir risk yoxdur. Çünki Neft Fondu elə qurulub ki, Azərbaycan büdcəsini neftin qiymətindən və manat-dollar münasibətinin dəyişməsinin təsirindən qoruyur. Buna görə də burda problemlərin olması mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR