Bank Of Baku

ARDNF-ın aktivlərinin həcmi 33 mlrd. dollara yaxınlaşıb

ARDNF-ın aktivlərinin həcmi 33 mlrd. dollara yaxınlaşıb
# 23 iyul 2012 15:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 7 391,9 mln. manat, büdcə xərcləri isə 4 878,1 mln. manat təşkil edib.

Fondan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ARDNF-ın neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 099,8 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 091,4 mln. manat, tranzit gəlirləri 3,8 mln. manat, bonus ödənişləri 1,6 mln. manat, akrhesabı ödənişlər 2,8 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,2 mln. manat təşkil edib.
Ötən 6 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 292,1 mln. manata bərabər olub.

Hesabat dövrü ərzində ARDNF-ın 2012-ci il büdcəsinin icrası çərçivəsində 4 592,3 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 162,5 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 67 mln. manat vəsait ayrılıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə isə Fonddan 37 mln. manat vəsait ayrılıb. Bununla yanaşı, 5 mln. manat vəsait «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə yönəldilib. Cari ilin ilk yarısında Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 14,3 mln. manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı Fondun büdcədənkənar xərci 289,2 mln. manat təşkil edib.

«Bu ilin iyulun 1-ə Fondun aktivləri 2012-ci ilin əvvəlinə (29,8 mlrd. ABŞ dolları) nisbətən 9,6% artaraq 32,666 mlrd. dollarına bərabər olub», - deyə Fondan bildirilib.

Bununla yanaşı, 2012-ci ilin I rübündən etibarən ARDNF qızılın alınmasına başlayıb və bu ilin iyulun 1-nə qızılın həcmi 6 847 kq (220 146 unsiya) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR