Bank Of Baku

Türkmənistan BTC ilə neft nəqlini 45% artırıb

Türkmənistan BTC ilə neft nəqlini 45% artırıb
# 24 iyul 2012 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanın magistral neft kəmərləri ilə 22,6 mln. ton neft nəql edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5,4% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 17,4 mln. ton və ya ötən ilin ilk altı ayı ilə müqayisədə 4,4% az neft ötürülüb: «Bu dövrdə gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1 600,2 min ton tranzit Türkmənistan nefti nəql edilib ki, bu da əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 45,4% çoxdur».

Bununla yanaşı, hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə 10,2 mlrd. kubmetr və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,5% çox qaz nəql edilib: «Nəql edilmiş qazın 1/5 hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və bu kəmərlə 2,2 mlrd. kubmetr qaz ötürülüb. Bu da ötən ilə nisbətən 8,3% azdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR