Bank Of Baku

Mingəçevir SES-də genişmiqyaslı yenidənqurma işləri aparılır

Mingəçevir SES-də genişmiqyaslı yenidənqurma işləri aparılır
# 30 iyul 2012 10:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın enerji sisteminin ən böyük enerji obyektlərindən biri hesab edilən, 1954-cü ildən istismarda olan, Qafqazda analoqu olmayan Mingəçevir Su Elektrik Stansiyaları (SES) Silsiləsində genişmiqyaslı yenidənqurma işləri aparılır.

«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, hazırda stansiyada 110 kV-luq yarımstansiyada avadanlıqlar quraşdırılır. Həmçinin, 220 kV-luq və 330 kV-luq yarımstansiyalarda da nəzərdə tutulan işlər ardıcıl yerinə yetirilir. Belə ki, 220 kV-luq yarımstansiyada özüllərin tökülməsi başa çatdırılıb.

Hazırda stansiyanın aşağı məcrasında sol sahilbərkitmə işləri başa çatdırılıb. Sağ sahilbərkitməsi və aşağı məcrada sualtı dağılmış hissələrin bərpası isə davam edir. İyun ayında stansiyada 69,250 mln. kVt/saat, ümumilikdə yanvar-iyun aylarında isə 533 mln. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR