Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin öhdəlikləri artıb

Azərbaycan Dövlət Neft Şirkətinin öhdəlikləri artıb
# 30 iyul 2012 13:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) cəmi öhdəlikləri son bir ildə 2,6% artaraq 2011-ci ilin sonuna 7,711 mlrd. manatdan artıq olub.

«APA-Economics»in məlumatına görə, bu barədə «Ernst&Young» şirkətinin ARDNŞ-ın 2011-ci il üzrə maliyyə hesabatına verdiyi rəydə bildirilir.

Hesabata əsasən, 2011-ci ildə şirkətin cari öhdəlikləri 2010-cu ilə nisbətən 1,3% azalaraq 4,092 mlrd. manat təşkil edib. Uzunmüddətli öhdəliklərin həcmi isə 7,3% artaraq 3,371 mlrd. manatdan çox olub.

Qeyd edək ki, 2011-ci ildə ARDNŞ-ın cəmi öhdəlikləri və kapitalı əvvəlki ilə nisbətən 6,3% artaraq 16,960 mlrd. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR