Bank Of Baku

Hindistanda 300 mln. nəfərdən çox adam işıqsız qalıb

Hindistanda 300 mln. nəfərdən çox adam işıqsız qalıb
# 30 iyul 2012 13:41 (UTC +04:00)
Bakı - APA-Economics. Hindistanın şimalında baş verən qəza nəticəsində 300 mln. nəfərdən çox adam elektrik enerjisiz qalıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, iyulun 30-na keçən gecə paytaxt Dehlidə və ölkənin yeddi ştatında əhalinin işıqla təminatında fasilə yaranıb.

Nəticədə yollardakı işıqforlar işləməyib və avtomobillərin hərəkətində xaos yaranıb, qatarların hərəkəti dayanıb. Bu, 2001-ci ildən bəri baş verən ən irimiqyaslı işıq kəsintisidir.

Hazırda hökumət ilk növbədə xəstəxanaların və nəqliyyat sisteminin enerji ilə təminatını bərpa etməyə çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR