Bank Of Baku

Azərbaycan Ceyhan və Novorossiysk limanlarından neft ixracını 13% azaldıb

Azərbaycan Ceyhan və Novorossiysk limanlarından neft ixracını 13% azaldıb
# 02 avqust 2012 09:34 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Ceyhan limanından neft ixracı 13%-dən çox azalıb.

«APA-Economics»in məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin iyul ayında Novorossiysk limanından 159 544 ton, Supsa limanından 315 319 ton, Çeyhan limanından 1 886 334 ton xam neft ixrac edib.

Ümumilikdə, yanvar-iyul ayları ərzində Novorossiysk limanından (Qara dəniz, Rusiya) 1 144 949 ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 1 611 780 ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) isə 12 238 525 ton xam neft ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Supsa limanından ixrac 6,9% artıb, Novorossiysk limanından ixrac 2,1%, Ceyhan limanından isə 13,4% azalıb.

Qeyd edək ki, ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR