Bank Of Baku

Qırğızıstan 12 qızıl yatağını hərraca çıxarır

Qırğızıstan 12 qızıl yatağını hərraca çıxarır
# 02 avqust 2012 11:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun 28-də Qırğızıstanın 12 qızıl yatağının hərraca çıxarılaraq xarici investorlara satılması planlaşdırılır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, hərracda müxtəlif ölkələr üzrə dövlət və qeyri-dövlət qurumları iştirak edə bilər. Hərracla bağlı ətraflı məlumat Qırğızıstan Prezidenti yanında Geologiya və Mineral Ehtiyatlar Komitəsinin rəsmi internet səhifəsində (www.geology.kg) yerləşdirilib.
Hərracda iştirak etmək istəyənlər Azərbaycanın Qırğızıstandakı səfirliyinə müraciət edə bilərlər.

Ünvan: Bişkek şəhəri, Erkindik pr-ti,183.
Əlaqə telefonları (+996312) 376471/67; 373887.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR