Bank Of Baku

“Azərikimya”nın müəssisələrində “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüş keçirilib - FOTO

“Azərikimya”nın müəssisələrində “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 02 avqust 2012 15:21 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) İnsan Resursları Departamenti və media nümayəndələri hazırda “Azərikimya” İstehsalat Birliyinin (İB) müəssisələrində təcrübə keçən ödənişli “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə onların iş yerlərində görüşüblər.

İB-dən “APA_Economics”ə verilən məlumata görə, təlimat qaydaları ilə tanışlıqdan və fərdi mühafizə vasitələri ilə təchiz olunduqdan sonra ARDNŞ və KİV nümayəndələri birliyin Etilen-polietilen zavodunun istehsalat sahələrində “Yay təcrübəsi proqramı” iştirakçılarının iş prosesi ilə yaxından tanış olub, onların təcrübə ilə bağlı fikir və rəylərini dinləyiblər. Tələbələr onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını bildirmişlər. Hər bir tələbəyə təhkim edilmiş təcrübə rəhbərləri proqramın gedişi və iştirakçıların fəaliyyəti haqda fikirlərini bölüşüblər. Daha sonra Birliyin Nəqliyyat və xüsusi texnika İdarəsində təcrübə keçən digər tələbələrlə də görüşlər keçirilib.

Qeyd edək ki, ARDNŞ-ın “Azərikimya” İB-də təcrübə keçən 10 tələbədən 7-si yay tətili müddətində Etilen-politelen zavodunda, 3-ü isə Nəqliyyat və xüsusi texnika İdarəsində çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR