Bank Of Baku

Azərbaycan neftinin qiyməti son iki ayda ilk dəfə 110 dollar həddini keçib

Azərbaycan neftinin qiyməti son iki ayda ilk dəfə 110 dollar həddini keçib
# 03 avqust 2012 09:06 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən «APA-Economics»ə verilən məlumata görə, avqustun 2-də keçirilən hərraclarda «Azeri Light» markalı neftin 1 bareli 0,37 dollar bahalaşaraq 110,27 dollara satılıb.

Qeyd edək ki, bu, son 2 aydan artıq müddətdə Azərbaycan neftinin ən yüksək qiymətidir. «Azeri Light» markalı neft sonuncu dəfə 110 dollardan baha qiymətə (110,33 dollara) mayın 22-də satılıb.

Xatırladaq ki, Azərbaycanın 2012-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 100 dollar/bareldir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR