Bank Of Baku

İran TANAP layihəsində iştirak etməyəcək

İran TANAP layihəsində iştirak etməyəcək
# 03 avqust 2012 12:36 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə «Bloomberg» agentliyi Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) İnvestisiyalar Departamentinin rəhbəri Vaqif Əliyevə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Azərbaycan ARDNŞ-in və BP şirkətlərinin «Şahdəniz» konsorsiumu üzrə tərəfdaşlarından biri olan İranın «Naftiran Intertrade Co.» (NICO) şirkətini Xəzər regionundan Avropaya çəkiləcək qaz kəməri layihəsindən kənarda saxlamaq niyyətindədir. «NICO-nun TANAP və digər boru xətti layihələrində iştirakı variantına baxılmır və ona dəvət göndərilməyib», - deyə V.Əliyev agentliyə bildirib.

Qeyd edək ki, «Şahdəniz» layihəsində İran şirkəti 10% iştirak payına malikdir.

Agentliyin ekspertləri isə İran şirkətinin ümumiyyətlə «Şahdəniz» layihəsində qala biləcəyinə də şübhə ilə yanaşırlar. «Baxaq görək NICO «Şahdəniz» konsorsiumunda qala biləcək ya yox», - deyə «Bloomberg»in enerji analitiki Filip Çladek bildirib. Onun sözlərinə görə, «nüvə məsələsi ilə bağlı gərginliyi nəzərə alsaq, İranın hər hansı şirkətinin beynəlxalq layihələrdə iştirakı çətin ki, mümkün olsun».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR