Bank Of Baku

«Azərikimya» dənizə növbəti sutəmizləyici qurğu yola salıb

«Azərikimya» dənizə növbəti sutəmizləyici qurğu yola salıb
# 03 avqust 2012 14:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün “Azərikimya” İstehsalat Birliyinin Mexaniki-Təmir zavodunda “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında hazırlanmış daha bir ekoloji qurğu - “TOPAS-75” tipli sutəmizləyici aqreqat dəniz neftçilərinə göndərilib.

«Azərkimya»dan «APA-Economics»ə verilən məlumata görə, bununla da müəssisə bu markadan olan qurğuların istehsalını 10-a çatdırıb.

Mexaniki-Təmir zavodu son iki il ərzində Çexiya mütəxəssislərinin layihəsi əsasında mobil sutəmizləyici qurğuların istehsalını da həyata keçirir «Müəssisə Azərbaycanda ekologiyanın qorunması işində mühüm vasitə olan «TOPAS» tipli sutəmizləyici qurğuların istehsalını artırmağa başlayıb.

Hazırda ARDNŞ-in Sosial inkişaf İdarəsinin sifarişi üzrə hazırlanmış yeni modifikasiyalı iki komplekt «TOPAS-100» sutəmizləyici qurğusu da göndərilmək üçün tam hazırdır. İlin sonunadək daha 8 bu tipli qurğunun istehsalı və dənizə göndərilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR