Bank Of Baku

Azərbaycan enerji istehsalını 9% artırıb

Azərbaycan enerji istehsalını 9% artırıb
# 06 avqust 2012 10:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. Bu ilin iyul ayında Azərbaycanın enerji sistemində 1,7 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu, iyun ayının analoji göstəricisinə nisbətən 6,25% artıqdır.

«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, iyul ayında istehsal olunan elektrik enerjisinin 1,5 mlrd. kVt/saata yaxını istilik elektrik stansiyaları (İES), 0,2 mlrd. kVt/saatdan çoxu isə su elektrik stansiyalarının (SES) payına düşüb.

Ay ərzində Rusiya, İran, Türkiyə və Gürcüstanla enerji mübadiləsi davam edib.

Ümumilikdə, 2012-ci ilin yanvar-iyul aylarında ölkənin enerji sistemində 12,8 mlrd. kVt/saata yaxın enerji istehsal edilib ki, bunun 11,4 mlrd-ı İES-lərin, 1,4 mlrd-ı isə SES-lərin payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 7 ayında enerji istehsalı 9,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR