Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri iyulda 5,7% bahalaşıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri iyulda 5,7% bahalaşıb
# 07 avqust 2012 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İyul ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 5,7% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 7,6% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 7,6%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 1,2% bahalaşıb.

«İyul ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 96,1% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 13,6%, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 6,4%, kimya sənayesi və neft məhsullarının istehsalı üzrə 5,6%, tikinti məmulatlarının istehsalı üzrə 4,5%, toxuculuq sənayesi üzrə 3,1%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 1,4%, qida məhsullarının istehsalı üzrə 1%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,9%, mebel istehsalı üzrə 0,6%, əczaçılıq məhsullarının istehsalı üzrə isə 0,4%, ağac emalı və ağacdan məmulatların istehsalı, metallurgiya sənayesi və maşın və qoşquların istehsalı üzrə 0,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,2% ucuzlaşıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 7,1%, geyim istehsalı üzrə 4%, tütün məmulatlarının istehsalı üzrə 1,3%, poliqrafiya fəaliyyəti üzrə 0,7%, içki istehsalı üzrə 0,2%, maşın və avadanlıqların istehsalı üzrə 0,1% bahalaşıb», - deyə Komitədən bildirilib.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətləri 0,2% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR