Bank Of Baku

ARDNŞ bu il 90 min metrə yaxın qazma işi görüb

ARDNŞ bu il 90 min metrə yaxın qazma işi görüb
# 07 avqust 2012 16:41 (UTC +04:00)
Bakı –APA-Economics. Bu ilin iyul aynda Azərbaycan Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 17 414 metr qazma işi həyata keçirib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 15 546 metri istismara, 1 868 metri kəşfiyyata aid olub. Həyata keçirilmiş kəşfiyyat qazmasının 330 metri struktur axtarış qazmasına aid olub.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-iyul aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 89 769 metr qazma işi görülüb ki, bunun da 84 897 metri istismara, 4 872 metri kəşfiyyata (o cümlədən, 1980 metr struktur axtarış qazması) aid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR