Bank Of Baku

ARDNŞ Ukraynada yanacaqdoldurma stansiyaları alır

ARDNŞ Ukraynada yanacaqdoldurma stansiyaları alır
# 08 avqust 2012 15:23 (UTC +04:00)
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, aparılmış hazırlıq işlərinin nəticəsi olaraq, avqustun 8-də Ukrayna Antiinhisar Komitəsi «SOCAR Energy Ukraine» şirkətinə «Atikva Estate» MMC-nin nizamnamə kapitalında 50%-dən çox pay almaq üçün razılıq verib.

Beləliklə, «Kalina» qrupunun biznes-aktivlərinin bir hissəsinə sahib olan «Atikva Estate» MMC-nin səhmlərinin «SOCAR Ukraine» qrupunun nəzarətinə keçməsi barədə sazişin birinci mərhələsi həyata keçirilib.
Həmin alqı-satqı əməliyyatının başa çatması ilə 26 yanacaqdoldurma stansiyası (Odessa, Nikolayev, Poltava, Çerkassk, Jitomir, Xarkov vilayətlərində) və Xarkov vilayətində yerləşən bir neft bazası «SOCAR Ukraine» qrupunun korporativ nəzarətinə keçəcək. Daha sonra «SOCAR Ukraine» tərəfindən həmin aktivlərin «SOCAR» yanacaqdoldurma kompleksinin standartlarına uyğun olaraq rebrendinqi həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR