ARDNŞ, BP və «Total» şirkətləri TAP layihəsində 50% pay ala bilər
09 avqust 2012 11:55 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bu barədə TAP layihəsinin menecmenti məlumat yayıb. Şirkətin məlumatına əsasən, adı çəkilən şirkətlər layihəni burdan pay almaq yolu ilə maliyyələşdirəcəklər.
«TAP və onun hazırkı səhmdarları - EGL, «Statoil» və «E.ON Ruhrgas» - TAP layihəsi üzrə maliyyələşməni təmin etmək üçün «Şahdəniz» konsorsiumu üzvləri ilə razılığa gəlib. Bu vəsait 2013-cü ildə gözlənilən son marşrutlaşmaya qədər olan müddətdə bəzi əhəmiyyətli sahələrdə davam edən işlərə dəstək verəcək», - deyə şirkətin yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir ki, bununla bağlı imzalanan müqaviləyə həmçinin «Şahdəniz» səhmdarlarının TAP layihəsində 50%-lik pay əldə etmək seçimi də daxildir. EGL, «Statoil» və «E.ON Ruhrgas» TAP-ın bu müqaviləsini alqışlayır», - deyə məlumatda bildirilir.
TAP-ın direktoru Kyetil Tunqland bu münasibətlə bildirib ki, müqavilənin imzalanması TAP-ın əsas sənaye oyunçuları tərəfindən texniki və ticari həllinin keyfiyyətinin olacağında əhəmiyyətli addımıdır və iyun ayında TAP və «Şahdəniz» arasında imzalanan Əməkdaşlıq Müqaviləsini dəstəkləyir: «Bizim «Şahdəniz»lə əməkdaşlığımız indi əvvəlki ilə müqayisədə daha sıxdır. Bu müqavilə bizim son marşrutlaşmaya qədər olan müddətdə davam edən iş münasibətlərimizi daha da gücləndirəcək və müsbət nəticələr olacağına inanırıq».
TAP Azərbaycanda nəhəng «Şahdəniz-II» layihəsi çərçivəsində çıxarılacaq təbii qazı Yunanıstan və Albaniyadan keçməklə, Adriatik dənizindən Cənubi İtaliyaya və oradan Qərbi Avropaya nəql edəcək. Nəqlin həcminin 10-20 mlrd. kubmetr olacağı nəzərdə tutulan TAP Avropanın qaz təchizatının şaxələnməsinə dəstək verməklə regionun enerji təhlükəsizliyini artıran Cənub Qaz Dəhlizinin bir hissəsi kimi nəzərdə tutulub.

Sənaye və energetika
Mərkəzi Bank: Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir
12:34
18 may 2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşıb
10:41
18 may 2024
Dünya bazarlarında neftin qiyməti 84 dollara yaxınlaşıb
09:29
18 may 2024
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024