Bank Of Baku

Azərbaycanda qazla təmin olunan abonentlərin sayı 1,5 mln-a çatıb

Azərbaycanda qazla təmin olunan abonentlərin sayı 1,5 mln-a çatıb
# 09 avqust 2012 13:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyinin ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı avqustun 1-i vəziyyətinə 1 423 758-ə çatıb.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ölkə üzrə abonentlərin 1 406 236-sını əhali, 17 522-sini isə qeyri-əhali abonenti təşkil edib. Ümumi abonentlərin 641 472-si Bakı şəhəri (632 115 əhali, 9 357 qeyri-əhali abonenti), 782 286-sı isə regionların (774 121 əhali, 8 165 qeyri-əhali) payına düşüb.
Ötən müddət ərzində 1 422 420 abonent sayğaclaşdırılıb ki, bu rəqəmin də 1 404 898-i əhali (99,9%), 17 522-si qeyri-əhali (100%) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, Bakı şəhəri üzrə 631 425 əhali abonenti (99,9%), 9 357 qeyri-əhali abonenti (100%), regionlar üzrə isə 773 473 əhali abonenti (99,9%) və 8 165 qeyri-əhali abonenti (100%) sayğaclaşdırılıb. Ümumilikdə, Bakı şəhəri üzrə 640 782 abonent (99,9%), regionlar üzrə isə 781 638 abonent (99,9%) sayğaclaşdırılıb.
Qeyd edək ki, indiyədək əhali kateqoriyasından olan abonentlərin mənzillərində 420 min «smart-kart» tipli («Gulf» və «Itron») qaz sayğacı quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR