Bank Of Baku

«Azərikimya»nın «EP-300» kompleksinin məşəl qurğusu əsaslı təmir olunur - FOTO

«Azərikimya»nın «EP-300» kompleksinin məşəl qurğusu əsaslı təmir olunur - <font color=red>FOTO</font>
# 09 avqust 2012 16:41 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin «Azərikimya» İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda aparılan əsaslı təmir işləri çərçivəsində «EP-300» kompleksinin son mərhələ qurğusu olan məşəl qülləsində təmir işləri başlayıb. Bu barədə «APA-Economics»ə «Azərikimya» İB-dən bildirilib.

Məlumatda deyilir ki, qüllənin aşağı, baza hissəsində təmir işlərinə başlamış Təmir-tikinti İdarəsinin xüsusi briqadası özül metal konstruksiyalarının gücləndirilməsi, texnoloji xətlərin yanar və təhlükəli qazlardan təmizlənməsi, onların korroziya ehtimalı olan hissələrinin dəyişdirilməsi işlərini qrafikə uyğun şəkildə aparır. «Eyni zamanda metal konstruksiyalarının və texnoloji boru xətlərinin korroziyaya davamlı kimyəvi məhlul¬larla rənglənməsi və izolyasiyası üzrə işləri də uğurla davam etdirilir», - deyə məlumatda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR