Bank Of Baku

KBR şirkəti Azərbaycanda yeni layihələrdə iştirak etmək niyyətindədir

KBR şirkəti Azərbaycanda yeni layihələrdə iştirak etmək niyyətindədir
# 13 avqust 2012 17:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan ABŞ-ın KBR şirkətinin karbohidrogenlər üzrə prezidenti Roy Oelkinqin başçılıq etdiyi nümayəndə heyətini ilə görüşüb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı R.Abdullayev KBR şirkətinin Azərbaycanla uzun müddətdir ki, səmərəli əməkdaşlıq etdiyini bildirib, bu əməkdaşlığı, xüsusilə Amerika şirkətinin azərbaycanlı gənc mütəxəssislərin hazırlanmasında rolunu yüksək qiymətləndirib. Son illər Azərbaycanda neft-qaz sənayesində qazanılan nailiyyətlər, baş verən yeniliklər barədə qonaqlara ətraflı məlumat verən R.Abdullayev ARDNŞ-ın bu proseslərin əsas iştirakçılarından olduğunu diqqətə çatdırıb. O, qarşıdakı illərdə ARDNŞ-ın Azərbaycanda və xarici ölkələrdə həyata keçirməyi planlaşdırdığı iritutumlu investisiya layihələrindən bəhs edib və həmin layihələr haqqında danışıb.

Öz növbəsində R.Oelkinq KBR-ın karbohidrogen qrupunun strukturu və fəaliyyət sahələri haqda ARDNŞ prezidentinə məlumat verib. Azərbaycanın neft-qaz sənayesində həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələri yüksək qiymətləndirən R.Oeklinq onu da qeyd edib ki, KBR ötən illərdə Azərbaycanın dənizində həyata keçirdiyi neft-qaz əməliyyatlarında iştirak etdiyinə görə fəxr edir. ARDNŞ-ın daim inkişafda olduğunu qeyd edən şirkətin rəsmisi KBR-ın yeni layihələrdə də iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

R.Abdullayev KBR-ın marağını diqqətdən keçiriləcəyini bildirib və iki şirkət arasında gələcək əməkdaşlığın bir qədər də inkişaf etdiriləcəyini əminlikdə qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR