Bank Of Baku

Azərbaycanın sənaye sektorundakı geriləmə azalır

Azərbaycanın sənaye sektorundakı geriləmə azalır
# 14 avqust 2012 08:49 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, məhsulun 76,8%-i mədənçıxarma bölməsində, 17,9%-i emal bölməsində, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub: «Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 4,8% azalıb, emal bölməsində 10,3%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 3,1% artıb».

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,3% artıb, neft sektorunda isə 4,7% azalıb.

Emal sektorunda qida məhsulları istehsalı 4,1%, içki istehsalı 8,7%, toxuculuq sənayesi məhsulları istehsalı 2 dəfə, geyim istehsalı 31%, poliqrafiya fəaliyyəti 2 dəfə, rezin və plastik məmulatlar istehsalı 3,1 dəfə, tikinti materialları istehsalı 25%, metallurgiya sənayesi məhsulları istehsalı 12,4%, hazır metal məmulatları istehsalı 1,8 dəfə, elektrik avadanlıqları istehsalı 2,5 dəfə, maşın və avadanlıqların istehsalı 1,6%, sair nəqliyyat vasitələri istehsalı 14,2%, mebel istehsalı 3,2 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 2,3% artıb.

İlin yeddi ayında 12,2 mlrd. kV/saat, yaxud 9,4% çox elektrik enerjisi istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR