Bank Of Baku

Rusiya Ermənistana qaz ixracı ilə bağlı danışıqları davam etdirir

Rusiya Ermənistana qaz ixracı ilə bağlı danışıqları davam etdirir
# 14 avqust 2012 14:47 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. Rusiya qazının Ermənistana ixracı ilə bağlı satış tarifləri barəsində tərəflər arasında aparılan müzakirələr hələ davam edir. APA-nın Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə Ermənistan Enerji və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Qeyd olunur ki, danışığların başa çatması tarixi dəqiq məlum olmasa da, tərəflər razılığa gələndən sonra Nazirlik rəsmi bəyanatla çıxış edəcək. İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının tarif siyasəti ofisinin direktor müavini Aşot Uluxanyan tənzimləyici orqana «Armrosqazprom» şirkətindən qaz ixracı üzrə tariflərin deyişdirilməsi ilə bağlı heç bir məlumat daxil olmayıb.

Xatırladaq ki, avqustun 8-də Ermənistan və Rusiya prezidentləri arasında keçirilən görüş nəticəsində tərəflər Rusiyadan Ermənistana qaz ixracı tarifinin dəqiqləşdirilməsi prinsipi barəsində razılığa gəlib.

Qeyd edək ki, hazırda Rusiya Ermənistana qazı 180 dollar/1000 kubmetr qiyməti ilə satır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR