Bank Of Baku

Türkiyə İrandan neft idxalını azaldıb

Türkiyə İrandan neft idxalını azaldıb
# 15 avqust 2012 12:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Türkiyənin İrandan idxal etdiyi neftin həcmi xeyli azalıb. APA-nın «Fars» xəbər agentliyinə istinadən məlumatına görə, Türkiyənin bu ilin iyul ayında İrandan neft idxalı gündəlik 70 min barelə enib. Xəbərdə «Tüpraş» neftayırma zavodunun ABŞ və Avropa Birliyinin təzyiqləri nəticəsində İrandan xam neft idxalını azaltmaq məcburiyyətində qaldığı bildirilir.

Qeyd edək ki, ABŞ 2012-ci il 11 iyun tarixindən etibarən Türkiyəyə İrandan xam neft idxalını azaltmaq üçün 6 aylıq müddət müəyyənləşdirmişdi. Nəticədə, Türkiyənin İrandan xam neft idxalı iyun ayında gündəlik 110 min bareldən iyul ayında gündəlik 70 min barelə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR