Bank Of Baku

«Əsrin müqaviləsi» çərçivəsində bu il 17 mln. ton neft hasil edilib

«Əsrin müqaviləsi» çərçivəsində bu il 17 mln. ton neft hasil edilib
# 15 avqust 2012 14:45 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə layihənin operatoru olan «BP-Azerbaijan» şirkətindən məlumat verilib. Ümumilikdə, ilk 6 ayda bu platformalardan 124,5 mln. barel, yəni 16,8 mln. ton neft çıxarılıb.

İlin ilk yarısında «Çıraq» yatağında 15 quyudan (10 hasilat və 5 suvurma quyusu) orta hesabla gündə 77 min barel neft hasil edilib. «Mərkəzi Azəri» yatağında 16 quyudan (11 hasilat, 4 qaz injektor və 1 suvurma quyusu) altı ay ərzində gündə orta hesabla 161 min barel hasilat əldə edilib. «Qərbi Azəri»dəki 16 quyudan (13 hasilat və 3 suvurma quyusu) gündəlik neft hasilatı orta hesabla 186 min barel, «Şərqi Azəri»dəki 15 quyudan (11 hasilat və 4 suvurma quyusu) gündəlik orta hesabla 144 min barel təşkil edib. «Dərinsulu Günəşli» yatağında istismarda olan 24 quyudan (11 hasilat və 13 suvurma quyusu) gündəlik orta hesabla 116 min barel neft çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR